Qattuzo İtaliya xalqından üzr istədi

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsinə görə üzr istəyib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki,  italiyalılar mundialda iştirak hüququ uğrunda A yolunun final pley-off matçında Bosniya və Herseqovina milli komandası ilə qarşılaşmada uduzublar (1:1, 1:4 penaltilər seriyası). "İtaliyanın qarşıdakı dünya çempionatına vəsiqə qazana bilməməsinə görə şəxsən üzr istəyirəm. Lakin futbolçularımız meydanda əllərindən gələni etdilər", - deyə Qattuzo vurğulayıb. Qeyd edək ki, italiyalılar sonuncu dəfə dünya çempionatında 2014-cü ildə iştirak ediblər. Milli.Az