Yaponiyalı azarkeşlərdən nümunəvi davranış

Yaponiya milli komandası ilə İngiltərə milli komandası arasında keçirilən yoldaşlıq görüşündən sonra qonaq azarkeşlər nümunəvi davranışları ilə diqqət çəkiblər. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, qarşılaşma "Uembli" stadionunda baş tutub və yaponlar 1:0 hesablı qələbə qazanıblar. Oyunun ardından yaponiyalı azarkeşlər tribunalarda qalan zibilləri özləri toplayaraq stadionu təmiz vəziyyətdə tərk ediblər. Onların bu addımı futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və nümunə kimi göstərilib. Milli.Az