Aysel Əlizadə əməliyyat olundu

Müğənni Aysel Əlizadə plastik əməliyyat etdirib. Milli.Az xəbər verir ki, sənətçi ötən gün əməliyyat olunduğunu açıqlasa da, hansı prosedurdan keçdiyini gizli saxlayıb. O bildirib ki, etdiyi dəyişiklik kiçik olsa da, onun üçün çox önəmlidir. Aysel paylaşımında "bəzən böyük dəyişikliklərə ehtiyac olmur, düzgün əllərdə edilən incə toxunuş kifayətdir" sözlərini qeyd edib. Milli.Az