Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin