Daha bir Xalq artistinin səhhəti ilə bağlı açıqlama

Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb. Milli.Az xəbər verir ki, o, Teleqraf-a açıqlamasında Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb. "Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır", - deyə A.Rzazadə deyib. Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Milli.Az