Renka motosikletlə Türkiyəyə getdi (Foto)
Rəqqasə Rəna Ağamuradova (Renka) Türkiyəyə motosikletlə gedib. Milli.Az xəbər verir ki, rəqqasə 15 gündür bu yola çıxdığını, hələ də yolun davam etdiyini bildirib: "Bakıdan Tiflisə getdim. Oradan isə artıq motosikletdən istifadə etdim. 15 gündür yoldayam. 4500 kilometr yol getmişəm. Məqsədim sadəcə bu formada səyahətdir. Kapadokiya, Alanya, Antalya, İzmir, Kuşadası və hələ nə qədər şəhərlər gəzdim. Yağış, külək, ekstrim yaşadım. Çox maraqlı səyahət oldu. Gələn il bu formada Avropanı gəzməyi düşünürəm". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin