Ağcabədidə dördotaqlı ev yanıb — Fotolar

Ağcabədidə 4 otaqlı ev yanıb. “Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Qaraxanlı kənd sakini Qaçay Cavadova məxsus evdə baş verib. Yanğın zamanı evin 1 otağı əşyaları ilə yanıb. Hadisə yerinə FHN-nin Ağcabədi yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısını alınıb. Faktla bağlı araşdırma davam etdirilir. Ziya Əmirxanlı