"Zirə" növbəti mərhələyə yüksəldi (Video)
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə "Torpedo" (Gürcüstan) və "Zirə" komandaları arasında cavab oyunu başa çatıb. Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Şengelia Arena"da keçirilən görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Müdafiəçi Amin Seydiyev 39-cu dəqiqədə ikinci dəfə meydan sahiblərini cəzalandırıb. Matçda son nöqtəni 70-ci dəqiqədə dubla imza atan Eren Aydın qoyub. "Qartallar" iki oyunun nəticəsinə əsasən rəqibini 6:0 hesabı ilə üstələyib. Rəşad Sadıqovun komandası ikinci raundda "Payde" (Estoniya) kollektivi ilə üz-üzə gələcək. ------------- Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Torpedo" (Gürcüstan) - "Zirə" cavab matçının start heyətləri açıqlanıb. Milli.Az xəbər verir ki, saat 20:00-da başlayacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar: "Torpedo": 1 Qoşadze, 15 Kuprava, 24 Latsabidze, 4 Şimiç, 33 Stamatov, 22 Bukia, 7 Mamuçaşvili (k), 20 Skorup, 11 Arabidze, 9 Andriç, 14 Felipe Pires. Ehtiyat oyunçular: 31 Klyayiç, 38 Kopaliani, 5 Nadaraya, 6 Şerif, 8 İtrak, 29 Çitaişvili, 30 Antia, 35 Deisadze, 36 Pridonişvili, 39 Pinson. "Zirə": 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 5 Mutsinzi Anje, 2 Amin Seydiyev, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 11 Martins Junior, 9 Davit Volkov, 7 Eren Aydın. Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 6 Hacıağa Hacılı, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov, 20 İssa Cibrilla, 22 Ayxan Hüseynov, 29 Krisdiqbeu, 57 Yusif Hacıyev, 70 Namik Ələskərov, 77 Yeqor Boqomolski. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin