Cevdet Yılmaz Azərbaycana gəldi — Foto

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib. “Qafqazinfo” AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.