Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələrində qaz olmayacaq. Milli.Az-ın məlumatına görə, buna səbəb aparılacaq təmir işləridir. Belə ki, saat 10:00-dan işlər başa çatanadək Cəlilabad rayonu üzrə 3 165 abonentin (Səttərxan 1-2, H.Aslanov və M.Hadi küçələri, habelə Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq. ---------- Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 17.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və Vorovski yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. ------------ Biləsuvar şəhərinin bir sıra küçələrində sabah təbii qazın verilişi müvəqqəti dayandırılacaq. Milli.Az-ın məlumatına görə, iyulun 17-si saat 10:30-dan etibarən işlər başa çatanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan yeraltı qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq. Şəhərin 8 Mart, M.Qasımov, N.Zeynalova, K.Əbilhəsənov, M.İbrahimov, Babək, C.Hüseynov, H.Cavid, Təbriz, İ.Əfəndiyev, Q.Həsənova, Nizami, Koroğlu, A.M.Hüseyn, M.Müşfiq, A.Cəlilov, S.Əsgərova, Niyazi, Puşkin, M.Topçubaşov, S.Rufullayev, Ə.Vahid, B.Xammədov, S.Vurğun, Ç.İldırım, Xəqani, Q.Qarayev, H.Əliyev, Azadlıq, S.Rəhimov, 1 May, V.Nəsirov, İ.Qayıbov, M.Ə.Sabir, S.Rüstəmov, Bakı, Nəsimi, R.Rza, Sahil, Ş.Qurbanov, B.Abbasov, İ.Baxşıyev, İ.Məmmədov, Muğan və Ə.Muğanlı küçələrində ümumilikdə 4 015 abonentin təbii qaz təchizatı dayandırılacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)