Polis çoxlu sayda qanunsuz silah-sursat aşkarladı
Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. "Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd olunub. Milli.Az

Şərh verin