Yaşadığı binadan yıxılan yeniyetmə 3 gün sonra öldü

Sumqayıtda 16 yaşlı yeniyetmə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Milli.Az xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı binanın 3-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılıb. O, bir müddət öncə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib. Hadisənin başvermə səbəbləri araşdırılır. Milli.Az