“Çox yaxşı dost olmalıydıq, səhvən evləndik”
Türkiyənin "Yabancı Damat" serialında canlandırdığı "Nazlı" obrazı ilə məşhurlaşan Nehir Ərdoğan diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rejissor Ahmet Sesigürgillə iki illik evliliyindən də danışılan məşhur aktrisa qonaq olduğu proqramda etdiyi etirafla hər kəsi təəccübləndirib. "Çox yaxşı dost olmalıydıq, səhvən evləndik", - aktrisa bildirib. Qeyd edək ki, Nehir Ərdoğan "Silsile" filminin çəkiliş meydançasında tanış olduğu kinooperator Ahmet Sesigürgillə ani bir qərarla evlənib. Tanış olduqdan 6 ay sonra evlənən cütlük evləndikdən sonra Fransada məskunlaşıb. Ərinin Türkiyəyə qayıtma qərarına qəzəblənən aktrisa dekabrda boşanmaq üçün məhkəməyə müraciət edib. Milli.Az

Şərh verin