Çində güclü yanğın - 28 nəfər ölüb (Video)

Çində Fucien əyalətinin Cinjiang şəhərində ayaqqabı fabrikində ayaqqabı istehsalı müəssisəsində yanğın baş verib. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, hadisə zamanı 28 nəfər həlak olub. Məlumata görə, yanğın fabrikin istehsal sahəsində başlayıb. Dəhşətli yanğın zamanı yaxınlıqdakı binalarda da sakinlər köməksiz vəziyyətdə qalıblar. 20-yə yaxın şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasetmə briqadaları cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)