5 ildir müalicə aldığı xəstəxanada öldü

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, Göygöl rayonu, Quşqara kənd sakini, 1993-ci il təvəllüdlü Miri İsmayılov bu gün xəstəxanada vəfat edib. Onun hansı səbəbdən öldüyü bilinmir. Məlumata görə, o, beş ilə yaxındır Gəncə Psixiatriya Xəstəxanasında müalicə alırdı. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev