Ülvi Ağayev müdir təyin olundu - (Foto)
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində (QSC) yeni kadr təyinatı olub. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, bu barədə qurumun idarə heyətinin sədri Rövşən Rüstəmov əmr imzalayıb. Əmrə əsasən, Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, Ü.Ağayev 2019-cu ildən ADY-də müxtəlif vəzifələrdə çalışır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin