Gəncədə yeniyetmə çənəsindən bıçaqlandı — Yenilənib

Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, bıçaqlanan şəxs Kəlbəcərin Nəcəfalı kənd sakini İ.Yolçuyevdir. Bildirilib ki, o, çənə nahiyyəsindən bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. *** Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N. İbrahimli saxlanılıb. Araşdırmalar davam etdirilir. Yunus Quliyev