İyulun 7–8-də Günəş aktivliyi artacaq
İyulun 7-8-də Günəş aktivliyi əsasən zəif və orta səviyyədə olacaq. Bununla yanaşı, ən güclü X sinif alışmaların baş verməsi də istisna edilmir. Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, Günəş alışmaları A, B, C, M və X siniflərinə bölünür. X sinfi ən güclü hesab olunur və plazma atılması ilə müşayiət olunduqda Yerə çataraq geomaqnit qasırğalarına səbəb ola bilər. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin