Tramp Türkiyəyə "F-35" verilməsi ilə bağlı: Bu barədə mütləq qərar veriləcək

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "F-35" qırıcılarının satılması ilə bağlı bildirib ki, bu barədə mütləq qərar veriləcək. Milli.Az report-a istinadən xəbər verir ki, Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə bəhs edib. O, ABŞ-nin Türkiyəyə "F-35" satmaqla bağlı düşünməyin mümkün olduğunu deyib: "Bunu düşünəcəyik, mütləq bu barədə qərar veriləcək". D.Tramp Türkiyə ilə ABŞ arasında möhkəm dostluq münasibətinin olduğunu da vurğulayıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)