“Qalatasaray” “Trabzonspor”a məğlub oldu

Türkiyə Superliqasında XXVIII turun növbəti oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İstanbul klubu 64 xalla turnir cədvəlinə başçılıq edir. Qara dəniz təmsilçisi isə 63 xalla ikinci pilləyə yüksəlib.