İyulun 9-na qədər yağış yağacaq — Xəbərdarlıq
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Şərh verin