Gəncədə 1 yaşlı uşağın ölümü ilə bağlı — Açıqlama+Yenilənib

Gəncədə azyaşlı vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpəyə sistem köçürülərkən baş verib. 2025-ci il təvəllüdlü A. S. hərarətlə xəstəxanaya çatdırılıb. Lakin sonradan halı pisləşib. Körpənin meyiti Ekspertiza və  Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. *** Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 04.04.2026-cı il tarixində saat 22:30 radələrində 2025-ci il azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb. Yunis Quliyev