Cəlilabadda qaz olmayacaq
Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq. Milli.Az-ın məlumatına görə, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir. Bununla əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin