Gecə saatlarında evinə çağırıb 3 bıçaq zərbəsi ilə öldürdü — Şəmkirdəki qətlin detalları
Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki, rayonun Kür qəsəbəsində baş verən hadisə zamanı qətlə yetirilən 19 yaşlı Ramal Quliyevlə hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə arasında qısqanclıq zəminində mübahisə düşüb. Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb. Bu zaman tərəflər arasında mübahisə başlayıb və yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. R.Quliyev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırmalar davam edir. Yunis Quliyev

Şərh verin