Türkiyədə fişəng fabrikində partlayış - ölən və xəsarət alan var - Yenilənib
Türkiyədə fabrikdə yanğınla müşayiət olunan partlayış baş verib. Milli.Az-ın xəbərinə görə, hadisə Niğdenin Bor rayonunda yerləşən fişəng fabrikində qeydə alınıb. Hadisə nəticəsində 1 işçi həyatını itirib, 1 işçi isə ağır yaralanıb. Yanğınsöndürənlər partlayışdan sonra fabrikdə başlayan yanğını nəzarət altına alıblar. Qeyd edək ki, eyni fabrikdə 27 yanvar 2018-ci ildə də partlayış baş vermiş və həmin hadisə zamanı 2 nəfər həyatını itirmişdi. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin