Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Zabrat-Kürdəxanı yolunda T.Ələkbərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan Zülfi Heybət oğlu Kərimov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.