"Galenvagen”lə digər maşını qəsdən əzdi: “Xəstəyəm” - VİDEO

Bakıda yolda sürücülər arasında insident yaşanıb. Milli.Az xəbər verir ki, yol vermə məsələsi üstündə iki sürücü arasında əvvəlcə söz mübahisəsi yaranıb. Gərginlik daha sonra böyüyərək qalmaqala çevrilib. Görüntülərdə "Gelandewagen" markalı avtomobilin sürücüsünün əsəblərinə hakim ola bilməyərək digər nəqliyyat vasitəsini qəsdən vurduğu və ona ziyan yetirdiyi əks olunub. "Xəstəyəm", - deyərək sürücü özünə haqq qazandırıb. Milli.Az