Xəzəri çirkləndirən mənbə bu İMİŞ
Bakının Xətai rayonunda yerləşən pivə istehsalı müəssisəsinin tullantı sularını birbaşa Xəzər dənizinə axıtması ilə bağlı görüntülər yayılıb. Milli.Az xəbər verir ki, iddialara görə, qırmızımtıl rəngli tullantılar dəniz ekosisteminə zərər vurur, su canlılarının məhvinə səbəb olur. Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, aparılan yoxlamalar zamanı "Alko LMD Azər Spirt 2024" MMC-yə məxsus müəssisədən tullantı sularının Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilib. Laborator analizlər nəticəsində su nümunələrində asılı maddələrin, ammoniumun, eləcə də oksigenə bioloji və kimyəvi tələbat göstəricilərinin normadan xeyli yüksək olduğu aşkarlanıb. Qurum qeyd edib ki, bu cür çirklənmə dəniz ekosisteminə və su bioresurslarına ciddi ziyan vurur. Faktla bağlı qanun pozuntuları müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti polis orqanına göndərilib. Asya Milli.Az

Şərh verin