Aziz Yıldırımın ilk TRANSFERLƏRİ: 2 ulduz hücumçu "Fənərbağça"da!

"Fənərbağça"nın prezidenti seçilən Aziz Yıldırım yeni mövsüm öncəsi transfer çalışmalarına start verib. Milli.Az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, təcrübəli klub rəhbərinin əsas hədəflərindən biri kosovalı hücumçu Vedat Muriqini yenidən komandaya qaytarmaqdır. İddialara əsasən, Yıldırım həm "Malyorka", həm də futbolçunun özü ilə ilkin razılıq əldə edib. Hazırda keçidlə bağlı son detalların müzakirə olunduğu və yaxın günlərdə rəsmi açıqlamanın verilə biləcəyi bildirilir. Aziz Yıldırımın transfer siyahısında yer alan digər məşhur hücumçu isə Seru Qirassidir. Seçki kampaniyası zamanı hücum xəttinin gücləndirilməsinin vacibliyini vurğulayan klub prezidenti futbolçunu heyətə cəlb etmək niyyətindədir. Məlumatlara görə, "Borussiya Dortmund"un formasını geyinən Qirassinin transferi üçün İstanbul təmsilçisi qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır. Artıq alman klubu ilə razılaşmanın əldə olunduğu bildirilir. Hüseyn Milli.Az