İcra başçısı Ülviyyə Əliyevanı İŞDƏN ÇIXARDI

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Başçının müavini - Ərazi təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib. Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib. Milli.Az