UEFA ölkə klub əmsalları cədvəli yenilənib
Futbol üzrə 2025/26 mövsümünün yekunlaşmasından sonra UEFA ölkə klub əmsalları cədvəli yenilənib. Milli.Az xəbər verir ki, son beş mövsümün nəticələrinə əsasən, İngiltərə 119,519 əmsalla reytinqin ilk pilləsində qərarlaşıb. İngilis klubları altı mövsümdür ölkələrini UEFA əmsalları cədvəlinin zirvəsində saxlayırlar. İlk beşlikdə İngiltərədən sonra İtaliya, İspaniya, Almaniya və Fransa yer alıb. İtaliya 99,946 xalla ikinci, İspaniya 97,046 xalla üçüncü, Almaniya 92,902 xalla dördüncü, Fransa isə 83,498 xalla beşinci pillədədir. Azərbaycan 2025/26 mövsümünü 22,937 əmsalla 27-ci sırada başa vurub. Ölkəmiz cari mövsümdə 5,812 xal toplayaraq mövsümlük göstəricidə 21-ci nəticəyə imza atıb. Azərbaycanın bu mövsüm topladığı xalların əsas hissəsini "Qarabağ" qazandırıb. Ağdam təmsilçisi avrokuboklarda 18,750 xal toplayıb. Çempion "Sabah" isə 2,500 xal toplaya bilib. Daha sonra 1,500 xalla "Araz-Naxçıvan", ardınca isə 0,500 xalla "Zirə" gəlir. Ümumilikdə Azərbaycan klubları mövsüm ərzində 23,250 xal əldə edib. 2025/26 mövsümündə Azərbaycan Serbiya, Rumıniya, Bolqarıstan, İsveç, Şotlandiya və Avstriya kimi ölkələri qabaqlayıb. Serbiya və Rumıniya 5,750, Bolqarıstan 5,187, İsveç və Şotlandiya 5,000, Avstriya isə 4,100 mövsümlük əmsal toplayıb. Ölkələr əmsal cədvəlindəki mövqeyindən asılı olaraq UEFA klub yarışlarında iştirak etmək üçün kvota alırlar. Hazırda Azərbaycanın dörd kvotası var. Milli.Az

Şərh verin