Bu yolda sürət həddi bərpa edildi
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Xatırladaq ki , aprelin 4-ü sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Şərh verin