Gəncədə qadın dəm qazından öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazisində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü S. Mehdiyevanın meyiti yaşadığı evin hamam otağında aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Milli.Az