Baş məşqçiyə qarşı çıxdı, 3 ötürməyə qol buraxdılar — Video
İordaniya millisinin hücumçusu Musa Əl-Taamari etdiyi hərəkətlə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, İsveçrə ilə yoxlama görüşündə baş məşqçinin taktikasına qarşı çıxaraq komandanı irəli səsləyib. Forvard rəqibə pressinq etməli olduqlarını deyib və komanda yoldaşları buna əməl edərək irəli çıxıb. Lakin İsveçrə həmin anda 3 ötürmə ilə qol vurub. Qeyd edək ki, matç isveçrəlilərin 4:1 hesablı qələbəsi ilə bitib.

Şərh verin