"Liverpul" yeni baş məşqçisini TAPDI

İngiltərənin "Liverpul" klubunda baş məşqçi məsələsinə aydınlıq gəlib. Milli.Az xəbər verir ki, məlumata görə, klub rəhbərliyi ispaniyalı mütəxəssis Andoni İrayola ilə razılıq əldə edib. Son günlər aparılan danışıqların uğurla yekunlaşdığı və tərəflərin əməkdaşlıqla bağlı bütün detalları razılaşdırdığı bildirilir. Beləliklə, Andoni İrayola komandanın yeni baş məşqçisi olacaq. O, bu vəzifədə mövsümün sonunda klubdan ayrılan Arne Slotu əvəz edəcək. Qeyd edək ki, İrayola son olaraq İngiltərə Premyer Liqasında çıxış edən "Bornemut" komandasını çalışdırırdı. Onun yeni təyinatı futbol ictimaiyyətində böyük maraqla qarşılanıb. Hüseyn Milli.Az