Biləsuvarda 41 yaşlı qadın meyiti tapıldı

Biləsuvarda qadın meyiti aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Rüstəmova Xalidə Ağabəy qızı yaşadığı evin həyətində yerləşən tikilidə ölü tapılıb. Qeyd edək ki, iki uşaq anası olan qadın Parkinson xəstəliyindən əziyyət çəkirmiş. Surxay Şahbazov