İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək həddə çatdı
İranda istehlak qiymətləri indeksi may ayında keçən ilin eyni ayı ilə müqayisədə 77,2%-ə çatıb. “Qafqazinfo” xəbər verir ki, BRİCS ölkələrinin mərkəzi bankının bu statistikasını “Associated Press” (AP) dərc edib. Bu göstərici aprel ayı ilə müqayisədə 8,5% çox olub. Əczaçılıq məhsulları, taksi qiymətləri, tütün məmulatları, rabitə xidmətləri kimi gündəlik və ümumi istehlak malları seqmentində inflyasiya illik müqayisədə 113,8% artıb. İranda inflyasiya yalnız 1942-ci ildə yüksək səviyyəyə çatıb. “Bamdad” İqtisadi Araşdırmalar İnstitutunun qeyd etdiyi kimi, hazırkı rəqəmlər İkinci Dünya Müharibəsindən bəri görünməmiş rəqəmlərdir.

Şərh verin