Bu uşağın valideynləri axtarılır

Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq tapılıb. Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur. Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir. Milli.Az