Toydan qayıdarkən maşın aşdı — Yaralılar var

Oğuzda avtomobil aşıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu  ərazisindən  keçən hissəsində baş verib. Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişinləri, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, qəza zamanı xəsarət alan şəxslər Bakı şəhərindən toydan qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov