“İmişli” “Turan Tovuz”a, “Sabah” “Araz-Naxçıvan”a qarşı

Bu gün Misli Premyer Liqasında 26-cı tur başa çatacaq. “Qafqazinfo” xəbər verir ki, sonuncu oyun gününə 3 matç nəzərdə tutulub. Əvvəlcə “İmişli” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. 17:15-də start götürəcək oyunda “Şamaxı” “Zirə”nin qonağı olacaq. 19:30-da başlayacaq qarşılaşmada isə “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək. 7 aprel 15:00. “İmişli” - “Turan Tovuz”; Quba OİK stadionu. 17:15. “Zirə” - “Şamaxı”; Zirə İdman Kompleksinin stadionu. 19:30. “Araz-Naxçıvan” - “Sabah”; “Liv Bona Dea Arena”.