Menendesin erməni xanımı azadlıqdan məhrum edildi
ABŞ- nin Nyu Cersi ştatının keçmiş senatoru Bob Menende sin erməni həyat yoldaşı Nadin Menende s korrupsiyaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bildirilir ki, məhkəmə onu nağd pul, qızıl külçələr və dəbdəbəli avtomobil götürməkdə təqsirli bilib. Üstəlik, prokurorluq ona ən azı 7 il, Probasiya İdarəsi (şərti azadlığa buraxılmış şəxslərə nəzarət edən qurum - red.) isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib. “2022-ci ildə FTB cütlüyün Nyu-Cersidəki evinə basqın zamanı müstəntiqlər qarajda 480 min dollar nağd pul, təxminən 150 min dollar, qızıl külçələr tapıb”, - AP yazıb.

Şərh verin