Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ
Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Milli.Az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Milli.Az

Şərh verin