İngiltərə DÇ-yə qələbə ilə başlayır — Video - Yenilənib

Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma olacaq. “Qafqazinfo” xəbər verir ki, iddialılardan İngiltərə və Xorvatiya üz-üzə gələcək. Qarşılaşma saat 00:00-da başlayacaq. Dünya çempionatı Birinci tur 00:00. İngiltərə - Xorvatiya *** Matç başladı. *** Harri Keyn 10-cu dəqiqədə penaltini vursa da, Dominik Livakoviç bunu dəf edə bilir, lakin o, qapı xəttindən öndə olduğu üçün penalti təkrarlanır. 12-ci dəqiqədə təkrarlanan penaltidə Harri Keyn komandasını önə keçirir. *** Xorvatiya hesabı bərabərləşdirir. 36-cı dəqiqədə Martin Baturina fərqlənir. *** Harri Keyn 42-ci dəqiqədə dublunu rəsmiləşdirir. *** Peter Musa 45+5-ci dəqiqədə hesabı bərabərləşdirir. *** Fasilə. *** İkinci hissə başladı. *** 47-ci dəqiqədə Cud Bellinqem hesabı 3:2 edir. *** 81-ci dəqiqədə Markus Reşford hesabı 4:2 edir. *** Matç İngiltərənin 4:2 hesablı qələbəsi ilə başa çatır.