Bakıda Neft Emalı Zavodu yanır
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın başlayıb. Bu barədə FHN Mətbuat xidmətinin məlumatında qeyd olunub. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin