Muğandan geriyə bu görüntüləri qaldı... — Video

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində minaya düşərək həlak olan 31 yaşlı Muğan Mətili musiqi ilə də məşğul olurmuş. “Qafqazinfo” xəbər verir ki, ANAMA-nın əməkdaşı olan gəncin toyda qarmonda ifa edərkən çəkilmiş görüntüləri yayılıb. Qeyd edək ki, M.Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayıb. Hadisə nəticəsində o həyatını itirib. O, doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.