Hörmüzün blokadaya alınmasına qarşı çıxdı

Avropa Şurasının sədri Antonio Kosta ABŞ-nin Hörmüz boğazını blokadaya almasını tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o bu haqda CNN telekanalına müsahibəsində bildirib. “Blokada heç vaxt cavab ola bilməz”, - o vurğulayıb. Kosta xüsusi koalisiyanın yaradılması kimi Hörmüz boğazında naviqasiyanın təmin edilməsinə yönəlmiş təşəbbüslər üçün BMT Təhlükəsizlik Şurasının təsdiqindən yayınmağın mümkün olduğunu düşünür.