“Barselona” udsa da, mərhələ keçə bilmədi — Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq. “Qafqazinfo” xəbər verir ki, həmin komandaların adına 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib. *** Matç başladı. *** Lamin Yamal 4-cü dəqiqədə komandasını önə keçirir. *** Ferran Torres 24-cü dəqiqədə fərqi artırır. *** Ademola Lokman 31-ci dəqiqədə komandasının ilk qolunu vurur. *** Fasilə. *** İkinci hissə başladı. *** Ferran Torres 55-ci dəqiqədə rəqib qapısına yol tapsa da, qol ofsayd səbəbindən ləğv olunur. *** Erik Qarsiya 79-cu dəqiqədə sərt oyuna görə qırmızı kart alaraq, meydandan qovulur. *** Matç başa çatdı. “Barselona” rəqibi üzərində 2:1 hesablı qələbə qazansa da, ümumi hesabda (3:2) madridlilər öndə olduğu üçün Kataloniya təmsilçisi mübarizəsini 1/4 finalda dayandırdı.

Şərh verin