Simeone bunu 3-cü dəfə bacardı

Dieqo Simeonenin rəhbərliyi altında "Atletiko Madrid" "Barselona"nı Çempionlar Liqasından üç dəfə kənarlaşdırıb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, kataloniyalılar cari mövsümün dörddəbir finalında Madridə ümumi hesabla 2:3 (0:2, 2:1) məğlub olublar. "Atletiko Madrid" həmçinin 2013/14 və 2015/16 mövsümlərində dörddəbir finalda "Barselona"nı məğlub edib. Simeone 2011-ci ildən "Atletiko Madrid"ə rəhbərlik edir. Milli.Az