“Real” “Bavariya”ya, “Arsenal” “Sportinq”ə qarşı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real” Almaniyada səfər oyununa çıxacaq. Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında baş tutacaq. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, ötən gecə baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə qazanıblar.

Şərh verin