Azərbaycan U-21 millisində dəyişiklik

21 yaşadək futbolçulardan ibarət Azərbaycan futbol millisinin heyətində dəyişiklik baş verib. Milli.Az xəbər verir ki, "Sabah" futbol klubunun qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən U-21-in düşərgəsindən ayrılıb. Onun əvəzinə "Neftçi" futbol klubunun qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, U-21 millisi mayın 28-dən Bakıda hazırlığa start verib. Komanda bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində millimiz 6 iyunda Bəhreyn, 9 iyunda isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək. Milli.Az